Mərkəzi Banka daha 2 baş direktor təyin edilib

17 Yanvar, 2020 17:24 | İqtisadiyyat | Baxış sayı: 56
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Bu günlərdə AMB-nin strukturu dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarının sayı 4-dən 6-ya çatdırılıb.

İstiPress-in məlumatına görə, yeni baş direktorlar qurumun ləğv edilmiş Bazar əməliyyatları və Risklərin idarə edilməsi departamentlərinin direktorları Əli Əhmədоv və Toğrul Əliyevdir. 

Xatırladaq ki, bu günlərdə AMB-nin strukturu dəyişib.