Manatın üzərindəki müəmmalı yazı - FOTO

17 Yanvar, 2017 16:38 | İqtisadiyyat | Baxış sayı: 1970
Manat
Manat

Azərbaycan manatının üzərində bəzi anlaşılmayan yazılar var. Belə ki, 10, 20 və bəzi 100 manatlıq əskinazların üzərində “Milli Bank” sözü yazılıb. 2006-cı il 1 yanvar tarixindən dövriyyədə olan yeni əskinazların üzərində “Milli Bank” sözü yazılıb. Çünki həmin vaxt tənzimləyici orqanın adı Milli Bank idi. Ancaq “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir. Həmin vaxtdan xeyli keçməsinə baxmayaraq bəzi əskinazlarda Mərkəzi Bank yazısını görmək olmur. 

100 manatın üzərindəki "Milli Bank" yazısı
100 manatın üzərindəki "Milli Bank" yazısı
Manatın üzərində Milli Bank və Mərkəzi Bank yazısı
Manatın üzərində Milli Bank və Mərkəzi Bank yazısı

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirildi ki,”qeyd olunan Referendum Aktının qüvvəyə minməsindən sonra 1, 5 və 100 manatlıq kağız pullardan əlavə istehsal olunduğundan onların üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz edilmişdir. Digər nominallı kağız pul nişanlarının yenidən istehsalı zamanı onların üzərində də müvafiq dəyişiklik ediləcəkdir. Hazırda üzərində həm "Azərbaycan Milli Bankı" və həm də "Azərbaycan Mərkəzi Bankı" sözləri olan pul nişanları tədavüldə mövcuddur və bu pul nişanları ölkə ərazisində qanuni ödəniş vasitəsidir.”

100 manatlıq əskinazın üzərindəki Milli Bank yazısı
100 manatlıq əskinazın üzərindəki Milli Bank yazısı

Millət vəkili Vahid Əhmədov bu cür pullar tədavüldən tədricən çıxarıldıqdan sonra üzərində dəyişiklik olacaq. “Birdən–birə bütün əskinazların çapı sifariş verilərkən hamısında dəyişiklik etmək Mərkəzi Banka sərf etməz. Yəqin ki, milli valyuta sifariş verilərkən bu dəyişikliyin olması nəzərə alınacaq” deyə Vahid Əhmədov bildirir.

İstənilən halda manatın üzərindəki bu anlaşılmaz yazı onların dövriyyədə olmasına heç bir problem yartmır.