Sumqayıtlıların çoxdan gözlədiyi qərar

16 Dekabr, 2017 09:16 | İqtisadiyyat | Baxış sayı: 115
Sumqayıt
Sumqayıt

Şəhərdəki köhnə binalar təmir ediləcək

Ötən gün Sumqayıta səfər edən prezident İlham Əliyev bu şəhərlə bağlı sərəncam imzalayıb. İStiPress-in məlumatına görə, prezident “Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında göstəriş verib. 

Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan pul ayrılıb.Vəsaitin həcmi 7 milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon manatdır. 

Xatırladaq ki, Sumqayıtda olan dövlət başçısı şəhərdə bir çox yeni müəssisnin açılışında edib.