Neft rekorda gedir

16 Noyabr, 2019 11:30 | İqtisadiyyat | Baxış sayı: 64
Neft
Neft

Azərbaycan neftinin qiyməti 70 dollara çatır

"Qara qızıl"ın qiymətindəki artım davam edir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 63,30 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 57,72 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,86 ABŞ dolları və yaxud 1,27% artıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,7 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.