Dünyanın ən varlı adamı adını geri qaytardı

16 Noyabr, 2019 11:11 | İqtisadiyyat | Baxış sayı: 48
Bill Qeyts
Bill Qeyts

Qeytsin sərvəti 110 milyarda çatıb

"Microsoft"un təsiscisi Bill Qeyts dünyanın ən varlı adamı adını geri qaytara bilib. Son bir neçə il ərzində o yenidən "Bloomberg Billionaires Index"in milyarderlər siyahısına başçılıq edir. Bununla da Bill Qeyts "Amazon" rəhbəri Ceff Bezosu qabaqlaya bilib. 

Hazırda Qeytsin sərvəti 110 milyard dollar civarında qiymətləndirilir. Bezos isə ondan cəmi 1 milyard dollar geri qalır. İlk üçlüyü Fransız şirkəti olan LVMH (Louis Vuitton Moet Hennessy) başçısı Bernar Arno 103 milyard dollarla qapayır. 

Qeytsin sərvətinin artmasına səbəb kimi ABŞ Müdafiə Nazirliyinin "Microsoft"a 10 milyard dollarlıq 10 illik müqavilə təklifi göstərilir. Öncə bu tendirin qalibinin "Amazon" olacağı gözlənilirdi. Bu hadisədən sonra "Amazon"nun səhmləri 2 faiz ucuzlaşıb. 

"Bloomberg Billionaires Index" siyahısı hər il tərtib edilir. Milyarderlərin siyahısı hazırlanarkən onların şəxsi sərvətləri, o cümlədən onlara məxsus səhmlərin bazar dəyəri əsas götürülür.