Keçmiş deputat Bakıya radioaktiv hücum hazırlayır - BÖYÜK TƏHLÜKƏ

16 Oktyabr, 2020 12:20 | İqtisadiyyat | Baxış sayı: 906
Güzdəkdən radiasiya hücumu Milli Məclisə və Prezident Aparatına 7 dəqiqəyə çatır
Güzdəkdən radiasiya hücumu Milli Məclisə və Prezident Aparatına 7 dəqiqəyə çatır

Milli Məclis və Prezident Aparatı təhlükə altındadır

Bir vaxtlar Milli Məclisin üzv olmuş, hazırda Salyan rayon İcra Hakimiyyətinin başçısı işləyən Sevindik Hətəmov və rəhbərlik etdiyi cinayətkar qruplaşma  Bakı sakinləri üçün yeni ölüm mənbəyi hzırlayır.

Rəhbərlik etdiyi rayonun problemlərini bir kənara qoyub, başı cinayət yolu ilə qeyri-rəsmi pullar qazanmağa qarımış kesmiş deputat Bakının mərkəzinə çox yaxın yerdə - Prezident Aparatının və Nazirlər Kabinetindən  təxminən 8 kilometr məsafədə sayca 10-cu daş karxanasını açmağa hazırlaşır. Ötən əsrin ortalarına aid primitiv texnologiya ilə işlədilən bu karxanaların istismarı zaman yerin altından çıxan radioaktiv maddələrin “zəngin olduğu” toz dumanı  Bakıda sıx təsadüf edilən qərb və şimal-qərb küləklərinin sayəsində karxanaların yerləşdiyi Abşeron və Qaradağ rayonları ilə yanaşı şəhərin Badamadar, Yasamal yaşayış massivləri,  tarixi İçərişəhər və Çəmbərəkənd məhəlləsini də təhlükə altına salır. 

Güzdək kəndinin radiasiyalı "Xirosima"ya bənzəməsində Sevindik Hətəmovun "böyük rolu" var
Güzdək kəndinin radiasiyalı "Xirosima"ya bənzəməsində Sevindik Hətəmovun "böyük rolu" var

Bu karxanaların təsiri altında olan zonaların əhalisinin uzunmüddətli dövrdə hansı problemlərlə üzləşdiyini 2011-ci ildə aparılmış bir araşdırma göstərir. Həmin araşdırmaya görə Abşeron rayonunun sakinləri tənəffüs yolu xəstəliklərinə - vərəmə, astmaya, ağ ciyər xərçənginə paytaxt Bakı ilə müqayisədə iki dəfədən artıq yaxalanırlar. Bu, Abşeronda Sevindik Hətəmov kimi işbazların işlətdiyi karxanaların bol olması ilə bağlıdır. Karxanaların bol olduğu Güzdəkdə isə vəziyyət çox acınacaqlıdır. İlkin araşdırmalara görə, Güzdək kəndində orta yaşlıların təxminən 45%-i, yeniyetmələrin isə 70 faizə qədəri müxtəlif növ tənəffüs yolu xəstəliklərindən əziyyət çəkir. Azyaşlılarda isə vəziyyət daha dəhşətlidir - göstərici 90 faizə qədər çatır.

Lakin bu karxanaların gətirdiyi təhlükə təkcə primitv işlətmə nəticəsində  yaranan toz dumanı nəticəsində ağ ciyər xəstələiklərinin artması ilə məhdudlaşmır. Bu tozların ən böyük təhlükəsi tərkibində stronsium, radium kimi radioaktiv elementlərin olması ilə bağlıdır. Bu fakt hələ 1980-ci illərdə SSRİ Dövlət Geologiya və Minerologiya Komitəsinə bağlı “Yujsniqri” elmi tədqiqat institutu tərəfindən təsbit edilmişdi. Bakıda yerləşən institutun alimləri müəyyən etmişdilər ki, Abşeronun neftlə zəngin torpaqlarında aparılan istənilən qazma işləri nəticəində yerin altından radioaktiv elementlər üzə çıxaraq torpağa və toz dumanına qatışır.

XX əsrin 30-cu illərinin texnologiyası ilə kəsilən daşların tullantıları ətraf mühiti ağır radioaktiv metallarla "zənginləşdirir"
XX əsrin 30-cu illərinin texnologiyası ilə kəsilən daşların tullantıları ətraf mühiti ağır radioaktiv metallarla "zənginləşdirir"

Buna görə institutun əməkaşları qazma işləri zamanı yaranan tullantıların xüsusi anbarlarda konverasiya etməyi məsləhət görürdülər ki, BP neft şirkəti hazırda bu məsləhətlərə əməl edərək xüsusi anbarlar tikib. Təəssüf ki, yerli subyektlər, özəlliklə də daş karxanları bu tövsiyyələrə əməl etmirlər. İnstitutun araşdırmalarına görə, daş karxanalarının da istismarından yaranmış tozlar radioaktiv şüalanma təhlükəsi daşıyır, çünki “Yujsniqri”nin araşdırmalarına görə, Bakıda evlərin zirzəmisi səviyyəsində dərinliklərdə radioaktiv radon qazları sızır ki, bu, suxurları və havanı radioaktivləşdirir. 

Zirzəmilərə və çökək yerlərə sızan radon qazının, eyni zamanda toza qarışan mədən suxurlarının ağ ciyər xərçənginə və digər xəstəliklərə səbəb olmasını ilk dəfə 1970-ci illərdə ABŞ-ın qaz yataqları ilə zəngin Luziana ştatında müəyyən ediblər. Orda radon qazı sızması ilə bağlı evlərin zirzəmisində yaşamamaq tövsiyyə olundu. Problemdən xəbərdar olan sovet geofizikləri 1980-ci illərdə Bakıda bununla bağlı araşdırmlara başladılar və müəyyən edildi ki, Bakıda ekoloji durumu həm də mədən hasilatı (neft, qaz, daş, qum çıxarılması) zamanı yerin altından çıxan və torpağın üst qatında xüsusi lay təşkil edən radioaktiv suxurların hesabına daha ağırdır.

“Yujsniqri” əməkdaşları bu təhlükəni aradan qaldırmaq üçün həmin tullantı suxurların üzərinə xüsusi təmiz torpaq layı töküb yaşıllıaşdırmağı məsləhət gördü. Yaşıllaşma həm də radioaktiv suxurların toz şəklində havaya qalxaraq ağciyərlərə oturmasının qarşısını alır. Qeyd edək ki, bu tövsiyyəyə Rusiyanın Bakıya yaxın ərazilərində yerləşən daş karxanalarında da əməl edilib. Məsələn, Dərbənddə daş karxanası zonasında mütəmadi olaraq ağac əkilib və sonda boş qalmış çala su ilə doldurularaq gölə çevrilib. İndki keçmiş karxana zonası Dərbəndin ən bahalı vilalalar olan zonasıdır, yəni heç bir ekoloji təhlükəsi yoxdur.

Dərbənd ətrafında keçmiş daş karxanasının yerində yaradılmış göl və istirahət zonası
Dərbənd ətrafında keçmiş daş karxanasının yerində yaradılmış göl və istirahət zonası

Azərbaycana gəldikdə isə, Qaradağ zonasında yerləşən karxanalarda bu məsələyə müəyyən qədər diqqət yetirilirdi. Amma karxanaların yaşayış massivlərindən uzaqlığı üzündən bu məsələ elə də aktual deyildi. Müstəqillik illərində Güzdək kəndinin qoyun qışlaqlarının ərazisində fəaliyyətə başlayan daş karxanalarında isə bu məsələlərə diqqət yetirilmədi. Deputatlıqdan qabaq Güzdək karxanalarından birində müdir olmuş Sevindik Hətəmovun əmək kitabçasına konkret olaraq qoyun fermasının müdiri, yoxsa karxana müdiri yazılıb, bu da dəqiq deyil. Amma dəqiq olun budur ki, Sevindik Hətəmovun bu “qoyun fermalarının” sayəsində Güzdək kəndinin ətrafı atom zərbəsinə məruz qalmış Xirosimaya bənzəyir - hər tərəfdə Sevinldiyin bombalarındanın yaratdığı dərin çalalar, radioaktiv qum, daş yığını  görünür.

Ola bilər ki, indi icra başçısı işləyən Sevindik Hətəmov bu karxanaların ona məxsus olduğunu danar. Amma yaxınlıqda yerləşən qəsəbələrin sakinlərinin dediyinə görə, karxanalarla bağlı bütün problemləri birbaşa özü və ya ailə üzvləri həll edirlər. Qobuda yaşayan bir qrup sakinin adından çıxış edən vəkil Bəxtiyar Soltanov əhalinin narazılığının ən çox yeni karxananı açılması ilə bağlıdır.

Sevindik Hətəmovun yeni karxanası bu tarixi mayakı tarixə göməcək - yerində radiasiya rəzaləti və gələcək nəsillərin xəcaləti qalacaq
Sevindik Hətəmovun yeni karxanası bu tarixi mayakı tarixə göməcək - yerində radiasiya rəzaləti və gələcək nəsillərin xəcaləti qalacaq

“Məsələ bundadır ki, yeni karxana işə düşərsə, Qobu qəsəbəsi ilə Güzdək qəsəbəsi arasında yerləşən tarixi mayak yoxa çıxacaq, Qobu ilə Güzdək arasında süni kanyon yaranacaq ki, bu da karxanaların zərərli qumları toz halında Qobunun üstünə yağacaq. Deyilənə görə, bu karxana da qeyri-rəsmi fəliyyət göstərər.  Mən yerli icma adından Ekologiya Nazirliyinə dəfələrlə müraciət etmişəm, amma Sevindik Hətəmov inzibati resurslardan istifadə edib, məsələni bağlayır. Bu yaxınlarda yenə camaat şikayət etdi, yenə gəldilər, yenə Sevindiyin adamları onları yola saldılar”,  - deyə Bəxtiyar Soltanov əlavə edir: “Ekologiya Nazirliyinin rəhbəri dəyişdi, amma Sevindik Hətəmovla ekologiya məmurlarının arasında qurulmş korrupsiya körpüsü uçmadı”. 

Bir vaxt sürülərin və naxırların qışlaq yeri olmuş Güzdək Azərbaycan "ekoloqlarının" sayəsində radiasiya fəlakəti zonasına çevrilib
Bir vaxt sürülərin və naxırların qışlaq yeri olmuş Güzdək Azərbaycan "ekoloqlarının" sayəsində radiasiya fəlakəti zonasına çevrilib

Görəsən, Sevindik Hətəmovun bu kirli biznesinə imkan yaradan ekologiya məmurları bilirlərmi ki, o qeyri-rəsmi yola vermələri ilə ölkəni idarə edənləri - Milli Məclisin, Prezident Aparatının və Nazirlər Kabinetinin işçilərini hədəfə çevrirlər?  Axı Bakıda daha çox müşahidə edilən mülayim, yəni 12-15 m/san sürətli şimala-qərb küləyində həmin radioaktiv tozlar 7 dəqiqədən sonra Milli Məclisə çatır. Özü də bu radioaktiv kaüləyin yaradığı ağciyər fəsadları bir yana,  belə havada nəfəs alan insnalarda daima ruh düşkünlüyü və baş ağrısı müşahidə edilir. İxtisasca mühəndis olan, yəni tutduğu əməlindən başı çıxan Sevindik Hətəmov görəsən niyə ölkə rəhbərliyini bu radioaktiv hücumun hədəfinə çevirir?

Bəlkə, bu, bir vaxtlar komandasına girmək istədiyi Eldar Mahmudovun və onun sabotajçı komandasının sifarişidir? Azərbaycan rəhbərliyi Qarabağda bu qədər müzəffər bir döyüşlər apardığı bir zamanda bu kimə xidmət etməkdir? Axı “7news.az” saytı hələ 2016-ci ilin 15 mart tarixində yazırdı ki, Sevindik Hətəmov hələ Yardımlının icra başçısı olanda o vaxt MTN-ə rəhbərlik etmiş Eldar Mahmudova müraciət edərək komandasına daxil olmaq istəyib. Və razılıq alıb. Ola bilər ki, hələ də sədaqətlə keçmiş şefinə xidmət edir və bu çətin günlərdə Azərbaycan rəhbərliyin ruhdan salmaq üçün sabotaj fəaliyyətinə başlayıb. Yəni suallar çoxdur və bu suallara Azərbaycanın rəsmi dairələri cavab tapmalıdırlar.