Qadınlar haqqında zarafat baha başa gəldi - 600 milyon dollar pul itirdi

16 Oktyabr, 2019 16:37 | İqtisadiyyat | Baxış sayı: 101
ABŞ dolları
ABŞ dolları

68 yaşlı milyarder uğursuz gediş edib

Qadınlar haqqında uğursuz zarafat bir gündə milyonlarla dollar pul itkisinə yol açdı. Amerikanın "Fisher Investments" adlı şirkətinin itkisi təsisçisi milyarder Kennet Fişerin qalmaqallı çıxışına görə 600 milyon dollar olub. 

San-Fransiskoda keçirilən konfransda 68 yaşlı maliyyəçi müştərilərlə işi qadın cazibəsi ilə müqayisə edib. O, genital bölgə haqqında da uğursuz zarafat edib. 

Tədbirin qonaqları onun sözlərini seksistizm kimi qəbul ediblər. Qalmaqaldan sonra Fişer üzr istəməli olub. Lakin bu da onun şirkətini külli miqdarda itkidən xilas edə bilməyib.

Bu hadisənin fonunda Miçiqan ştatı fondun idarəsində olan 600 milyon dollarlıq pensiya sərmayəsini "Fisher Investments"dən geri alıb. 

Filadelfiya pensiya fondu da 54 milyon dollarlıq vəsaitin idarəçiliyini geri almağı planlaşdırır. Bundan başqa "Fidelity Investments" və 500 milyon dollarını fonda əmanət edən Florida pensiya fondu da əməkdaşlığı dayandırmaq haqqında düşünür.