Türkiyə ilə sadələşdirilmiş gömrük xətti yaradılacaq

16 Sentyabr, 2019 16:25 | İqtisadiyyat | Baxış sayı: 54
Sənədlərin imzalanma mərasimi
Sənədlərin imzalanma mərasimi

Hökumətlərarası Komissiyanın protokolu imzalanıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb. Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.

Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

İclasdan sonra mətbuat konfransı keçirilib. F.Oktay bildirib ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq.

F. Oktay deyib ki, Güzəştli Ticarət Anlaşmasının bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub.