Dronlu hücum nefti kəskin bahalaşdırdı

16 Sentyabr, 2019 10:30 | İqtisadiyyat | Baxış sayı: 94
Neft
Neft

Qiymət 100 dollara çata bilər

Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 6,35 dollar artaraq 66,57 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 5,16 dollar bahalaşaraq 60,01 dollar təşkil edib.

"Qara qızıl"ın kəskin bahalaşması Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum fonunda baş verib. Analitiklər qiymətin daha da artacağını proqnozlaşdırırlar.

Onların sözlərinə görə, söhbət həftənin ilk iş günü üçün hər barelə 5-10 dollarlıq artımdan gedir. Lakin Səudiyyə dəyən ziyanı tezliklə aradan qaldıra bilməsə  qiymət 100 dollara kimi qalxa bilər. 

Daha öncə Ər-Riyadın dronlu hücumun nəticələrini aradan qaldırmağına bir neçə həftə vaxtın lazım olacağı deyilirdi.