Bu rayonlar bu gün qazsız qalacaq SİYAHI

16 Sentyabr, 2019 10:11 | İqtisadiyyat | Baxış sayı: 59
Təbii qaz
Təbii qaz

Borularda qaz sızması tapılıb

Bu gün saat 10:00-dan etibarən bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Məhdudiyyət Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarında olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac" İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır.