Erməni meymunlarının Rusiyaya keçməsinə qadağa qoyuldu

16 İyun, 2018 11:23 | İqtisadiyyat | Baxış sayı: 167
Meymun
Meymun

“Rosselxoznadzor” iyunun 14-dən Ermənistandan bütün növ canlıların ölkəyə qarşı əcaib qadağa tətbiq edib.

İstiPress  "RİA Novosti"yə istinadən bildirir ki, “Rosselxoznadzor”un qadağasına görə, Ermənistandan bütün növ canlılar -quşlar, sürünənlər, uçanlar, dördayaqlılar və cümlədən primatların, yəni meymunların keçidinə qadağa qoyulub. .

Daha sonra “Rosselxoznadzor” açıqlamaya düzəliş edərək bildirib ki, əvvəlki bəyanat yanlış anlaşılıb və qüvvədən düşmüş hesab olunur. Əslində Ermənistandan təkcə primatlar sinfinə (yarımmeymunlar və meymunlar sinfi, əslində biologiya elmində insan da bu sinfə aid edilir-red.) aid olan canlıların Rusiya ərazisinə gətirilməsi “müvəqqəti qadağan olunur”.

“Rosselxoznadzor” bunu Ermənistandan Rusiyaya primatlar sinfinə aid canlıların gətirilərkən sənədli və  fiziki nəzarət zamanı dəfələrlə pozuntuların qeydə alınması ilə əsaslandırıb.