Vergilər Nazirliyində yeni təyinat

16 May, 2018 16:57 | İqtisadiyyat | Baxış sayı: 178
Vergilər Nazirliyinin binası
Vergilər Nazirliyinin binası

Vergilər Nazirliyində kadr dəyişikliyi olub.

İstiPress-in məlumatına görə, nazirliyin Aparat rəhbəri Nigar Alimova tutduğu vəzifədən azad edilib.

Onun yerinə mədəniyyət və turizm nazirinin müavini olmuş Nazim Səmədov təyin edilib.

N.Alimova isə nazirlikdə yeni yaradılan sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamentinə (Katiblik) təyinat alıb.