Bu da yeni "iPhone SE" VİDEO

16 Aprel, 2020 09:53 | İqtisadiyyat | Baxış sayı: 49
iPhone SE
iPhone SE

Daha ucuz versiya olan yeni smartfon "A13 Bionic" prosessorla işləyəcək

"Apple" yeni smartfonunu təqdim etdi. Daha ucuz variant olan və "iPhone SE" adlandırılan yeniliyin dizaynı "iPhone 8"i xatırladır. 

"iPhone SE" 4,7 düymlük Retina ekran, 12 meqapiksellik kamera, "Touch ID" və "ev" düyməsi ilə təhciz edilib. "SE" güclü prosessor - "A13 Bionic" ilə çalışır. "Apple"nin ən son modellərindən olan "iPhone 11 Pro"da da məhz bu sistem quraşıdırlmışdı. 

Yeni modelin ikinci nəsli iki sim kartlı olacaq. Smartfon üç variantda təqdim ediləcək - 64,128 və 256 giqabayt yaddaşla. Bundan başqa o qara, ağ və qırmızı rənglə alıcılarını sevindirəcək. 

Yeni smartfonun qiymətinin isə 540 dollar civarında olması nəzərdə tutulub.