Azərbaycan Belarusla traktor yığacaq - Türkiyədə

16 Aprel, 2019 13:03 | İqtisadiyyat | Baxış sayı: 51
Traktorlar
Traktorlar

Minsk Azərbaycana görə, tikintiyə 1 milyon dollar qənaət edib

Türkiyənin Krıkkale şəhərində tikilən Belarus traktorlarının yığım müəssisəsinin bu ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Bu zavod Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.

Bu barədə jurnalistlərə MTZ-nın Baş direktoru Fedor Domotenko məlumat verib. O, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq sayəsində Krıkkaledəki müəssisənin təkcə bir korpusunun inşasında, təqribən, 1 milyon ABŞ dolları qənaət etdiklərini diqqətə çatdırıb. 

Bu il 100 ədəd, gələn il 200 ədəd, sonrakı dövrdə illik 1000-dək traktor istehsal etməyi hədəflədiklərini qeyd edən MTZ-ın Baş direktoru deyib ki, kadrlar olsa, müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür.