Mərkəzi Bank qərar verdi - xarici valyuta dəyişmək qadağandır

16 Aprel, 2018 14:13 | İqtisadiyyat | Baxış sayı: 302
Dollarla satış
Dollarla satış

Ancaq qızıl alıb-satmaq olar

İran valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib. İstiPress-in məlumatına görə, bu qərarı Mərkəzi Bank verib. 

Yeni qaydalara görə, məntəqələr xarici valyutanı ala, sata, dəyişə bilməzlər. Mərkəzi bank onlara nəğd pul təqdim etməyəcək. 

Növbəti bir tapşırığa kimi məntəqələr yalnız qızıl sikkələr alqı-satqısı ilə məşğul ola bilərlər.

Hazırda rəsmi məzənnəyə görə, 1 dollar 42 min İran realına bərabərdir. Qadağadan öncə qara bazarda bu rəqəm 62 min rial idi.