Ermənistanda korrupsiya var?

16 Mart, 2019 16:08 | İqtisadiyyat | Baxış sayı: 45
Korrupsiya
Korrupsiya

Erməni jurnalist baş nazirin arvadının sirrinin üstünü açdı

Ermənistanda korrupsiya var? Baş nazir Nikol Paşinyanın komandası imkan düşən kimi məhz onun sayəsində bu problemdən canlarını qurtardıqlarını bəyan edir, ona təşəkkür edirlər. Doğurdan belədir? Rusiya mətbuatı - "Kommersant" qəzeti erməni mənbələrinə istinadla bu məsələ haqqında yazıb.

Bu günlərdə erməni jurnalistlərindən biri özünün “Facebook” səhifəsində bütün həmkarlarına, maraqlı şəxslərə müraciət edib. “Məndə olan yüz faiz dəqiq informasiyaya görə, təqribən fevralın ortasında baş nazirin həyat yoldaşı Anna Akopyan hökumətin binasında tütün biznesi ilə məşğul olan təsərrüfat subyektlərinin rəhbərlərini toplayıb. Bu görüş zamanı Akopyan tütün oliqarxlarına hər satılan qutu siqaretdən 1 dram onun başçılıq etdiyi xeyriyyə fonduna ayırmalarını təklif edib. Görüşdəkilərdən biri hətta uğursuz zarafata da edib – “Bu rüşvətin yeni formasıdır?”. Buna cavabında isə Akopyan deyib ki, onları baş nazirin həyat yoldaşı kimi yox, xeyriyyə fondunun rəhbəri kimi toplantıya dəvət edib. İclasdakılardan biri isə deyib ki, əgər o Paşinyanın arvadı olmasaydı çətin ki, görüşə gələn olardı. 

Bu toplantının sonunda razılıq əldə edilib və fond onların hər birinə rəsmi məktubla müraciət edib".

Hesablamalara görə, hər qutuya görə 1 dram ödənilərsə fond hər il 950 milyon dram pul alacaq. Bu isə 3 milyon 250 min rubl edir.

Rusiya mətbuatı həmçinin qeyd edir ki, Akopyan tez-tez səfər etdiyi xarici şəhərləri çox sevir. Alış-verişləriə görə isə Ermənistanın bu ölkələrdə akreditasiya olunmuş səfirliklərin köməyi ilə hesablanır.

Bunun üçün də korrupsiya Ermənistanda var. Sadəcə o başqa forma alıb. Mətbuat belə yazır...