Sürücüsüz metro işə düşür

15 Dekabr, 2017 15:50 | İqtisadiyyat | Baxış sayı: 147
Sürücüsüz qatar
Sürücüsüz qatar

Metro açılışı Türkiyədə olacaq

Türkiyənin ilk sürücüsüz qatarı işə düşür. İstiPress-in məlumatına görə, ilk maşinistsiz qatar "Üsküdar"-"Ümraniye" metro xəttində işləyəcək. Qatar bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə işə salınacaq. 

Qatarlar tamamilə avtomatlaşdırılıb. 

Bu xətt Üsküdar-Ümraniye-Çekmeköy-Sancaktepe marşrutunun bir hissəsidir. Ümumilikdə xətdə 16 stansiya olacaq. lakin hələlik "Üsküdar" - "Ümraniyə" istiqamətində işlər yekunlaşıb. Bu istiqamətdə qatar gündə 700 minə yaxın sərnişinə xidmət etməlidir. Sürücüsüz qət ediləcək məsafə isə  10,5 km-ə bərabərdir.

Metro xəttinin digər stansiyaları isə gələn il fəaliyyətə başlamalıdır. Bu xətlərdə də qatarların sürücüsüz olacağı gözlənilir.