Qazprom Türkiyəyə verdiyi qazın miqdarını artırıb

15 Avqust, 2017 09:03 | İqtisadiyyat | Baxış sayı: 23
Qaz kəməri
Qaz kəməri

Bu ilin altı ayı ərzində qaz idxalı 20 faiz artıb

"Qazprom" bu ilin altı ayı ərzində Türkiyəyə verdiyi qazın miqdarını 20 faiz artırıb.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, 14,436 mlrd. kubmetr qaz tədarük olunub.

Həmçinin Avropaya verilən qazın həcmi də 9,8 faiz artıb. Mərkəzi Avropaya isə 17,834 mlrd. kubmetr qaz ixrac olunub.