Azərbaycan məhsulları üçün YENİ BAZAR

15 Avqust, 2017 12:44 | İqtisadiyyat | Baxış sayı: 153
Meyvə-tərəvəz
Meyvə-tərəvəz

Qazaxıstana tərəvəz ixrac olunacaq

Qazaxıstan Azərbaycandan kartof, pomidor, xiyar, qoz və digər kənd təsərrüfatı məhsulları alacaq.

Ölkənin milli iqtisadiyyat nazirliyinin AZPROMO-ya verdiyi təkliflər arasında 23 adda məhsulun adı qeyd edilir. Bunlar arasında həmçinin şokolad, qənd, tütün məmulatları, şərab, günəbaxan yağı, çay, qida və heyvan mənşəli məhsulların adı var.

O da qeyd edilir ki, Qazaxıstan bütünlüklə Azərbaycan məhsullarının idxalçısına çevrilə bilər. Nazirliyin məlumatına görə, kartof ixracı ildə 10,6 milyon dollar təşkil edir. Azərbaycanla razılığın əldə olunacağı təqdirdə, bu rəqəmin daha 8,3 milyon artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, iki ölkə arasında ticarət dövriyyəsi 74,5 milyon dollar təşkil edir.