Rusiyaya daha çox ukraynalı turistlər gəlir

15 İyun, 2017 15:35 | İqtisadiyyat | Baxış sayı: 35

İkinci yeri isə Mərkəzi Asiya ölkəsi tutur

Rusiyaya gələn turistlərin əksəriyyətini ukraynalılar təşkil edir.

İstiPress “russkiymir”ə istinadən xəbər verir ki, iki ölkə arasında münasibətin gərgin olmasına baxmayaraq, 2017-ci ilin birinci rübündə Rusiyaya 1,6 milyon nəfər Ukrayna vətəndaşı gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə turist axını 8 faiz artıb.  

MDB ölkələrindən Rusiyaya gələnlərin sayında ciddi dəyişiklik olmayıb. Vətəndaşlarının sayına görə, ikinci yeri Qazaxıstan tutur. Bu Mərkəzi Asiya ölkəsiindən Rusiyaya 650 mindən çox turist gəlib.

Üçüncü yeri Finlandiya, dördüncü yeri Polşa, beşinci yeri Çin vətəndaşları tutur.