Gürcüstanda "Stalin" şərabı

15 İyun, 2017 12:55 | İqtisadiyyat | Baxış sayı: 54
Stalin şərabı
Stalin şərabı

Şərab müəssisəsi onun nəvəsindən razılıq alıb

Gürcüstanda Qori şərab müəssisəsi sovet rəhbəri İosif Stalinin nəvəsinə onun babasının xatirəsini əbədiləşdirmək üçün adına şərab buraxılmasına görə icazə istəyib.

Buraxılan şərab həm keyfiyyətli olacaq, həm də tarixi şəxsiyyətin adının əbədiləşdirilməsinə səbəb olacaq, - deyə "Sakartvelo" şərab müəssisəsinin direktoru Merab Manaşerov deyib.