HSBC: Dünya iqtisadiyyatında 4,8% azalma olacaq

15 May, 2020 14:57 | İqtisadiyyat | Baxış sayı: 50

Karantin tədbirlərinin uzadılmasının qlobal iqtisadiyyatlara təsiri

Avropanın ən böyük bankı HSBC karantin tədbirlərinin uzadılmasının qlobal iqtisadiyyatlar üzərində qeyri-müəyyənliklər yaratdığını bildirərək, qlobal iqtisadi artım proqnozunu 1,5% bəndi artıraraq mənfi 4,8%-ə çatdırıb.

İstiPress bu barədə “Reuters”ə istinadən xəbər verir.

Bank həmçinin, bu il inkişaf etmiş ölkələrdə iqtisadi artım proqnozunu 1,2% bəndi artıraraq mənfi 7,1%-ə çatdırıb. İnkişaf etməkdə olan ölkələr üçün isə 1,2% bəndi artıraraq mənfi 1,7% səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, bank koronavirusun təsiri ilə bu il ABŞ iqtisadiyyatının 7% kiçilməsini, Çin iqtisadiyyatın isə 1,7% artmasını proqnozlaşdırır.