İlham Əliyev qida və kənd təsərrüfatı sərgiləri ilə tanış oldu

15 May, 2019 17:27 | İqtisadiyyat | Baxış sayı: 49
İlham Əliyev - Azərbaycan presidenti
İlham Əliyev - Azərbaycan presidenti

Sərgilər Bakı Ekspo Mərkəzində olub

Prezident İlham Əliyev XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.

Sərgi Bakı Ekspo Mərkəzində keçirilir. 

Xatırladaq ki, “Caspian Agro 2019”Mayın 17-nə qədər davam edəcək. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur.

Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edirlər. Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edirlər.