Azərbaycanda müəllim məktəb direktorunu döydü

15 May, 2018 16:04 | İqtisadiyyat | Baxış sayı: 343
Dava - ARXİV
Dava - ARXİV

Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. 

İstiPress-in məlumatına görə, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. 

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.