Azərbaycana gələcək yeni milyardlar

15 May, 2018 10:55 | İqtisadiyyat | Baxış sayı: 242
Dollar
Dollar

Dörd illik rekord yeniləndi

Dünyada baş verən siyasi və iqtisadi proseslər neftin qiymətindən də yan keçməyib. İstiPress-in məlumatına görə, Trampın İranla nüvə sazişindən çıxması, Amerikanın neft ehtiyatlarının azalması, OPEK-in neftə olan təlabatın artması ilə bağlı hesabatı, ən son olaraq isə Qəzzada- İsraillə sərhəddə baş verən toqquşmalardan sonra "qara qızıl" öz rekordunu yeniləməyə davam edir.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 78,61 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2014-cü ilin noyabr ayından sonra ilk dəfə olaraq 78 dolları keçib. Bu markadan olan neft 78,06 dollara təklif edilir.

WTI isə 0,58 faiz bahalaşaraq 71,11 dollara çatıb.