Problemli kreditləri olanlara müjdə - bu gündən...

15 Aprel, 2019 08:55 | İqtisadiyyat | Baxış sayı: 363
Kredit
Kredit

Bütün məlumatlar xüsusi portalda dərc ediləcək

Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.