Məşhur brend Avropada mağazalarını bağladı

15 Mart, 2020 11:54 | İqtisadiyyat | Baxış sayı: 118
ZARA mağazası
ZARA mağazası

Mağazaların müvəqqəti bağlanılması ötən gündən başlayıb

Azərbaycanda da fəaliyyət göstərən "Zara" geyim mağazası İtaliyadan sonra İspaniyada da bütün mağazalarını bağlayıb.

İstiPress-in məlumatına görə, bu barədə "Reuters" şirkət rəsmilərindən birinə istinadən xəbər yayıb.

Mağazaların müvəqqəti bağlanılması ötən gündən başlayıb.

Qeyd edək ki, "Zara"nın ən çox mağazası məhz İspaniyadadır. İspaniya İtaliyadan sonra Avropada koronavirusun ən geniş yayıldığı ikinci ölkədir.