Prezident Münhendə Dünya Bankının direkrotu ilə görüşdü

15 Fevral, 2020 16:00 | İqtisadiyyat | Baxış sayı: 72
Görüş
Görüş

Aksel van Trotsenburq donor ölkə olduğu üçün Azərbaycana təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub.

Prezident görüş zamanı bildirib ki, bu görüş gələcək əməkdaşlıq haqqında danışmaq üçün yaxşı fürsətdir. "İndiyədək tərəfdaşlığımız çox uğurlu olmuşdur. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək".

Aksel van Trotsenburq da Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün təşəkkür edib. "Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanmışdı. Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir. Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilibr. Çünki hesab edirəm ki, bununla biz sonda bəzi ölkələrin hələ də uzun yol qət etmək məcburiyyətində olduqlarına işarə etməsini unutmamalıyıq. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Biz çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək imkanına malikik. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir".

Söhbət zamanı qeyd olundu ki, Azərbaycan yoxsulluğun əsaslı şəkildə azaldılmasına görə dünyada aparıcı ölkələrdən biridir.