Neft 66 dolları ötdü

15 Fevral, 2019 10:42 | İqtisadiyyat | Baxış sayı: 34
Neftin qiyməti
Neftin qiyməti

Bu qiymət son 4 ayın rekordudur

Neftin qiymətində başlayan artım davam edir. İstiPress-in məlumatına görə, son 4 ayda "qara qızıl"ın qiyməti ilk dəfə olaraq 66 dollara kimi yüksəlib. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 64,75 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 54,54 dollar təşkil edir.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar artaraq 66,16 dollara təklif edilir. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.