Ermənistanı gözləyən fəlakət

15 Yanvar, 2020 11:37 | İqtisadiyyat | Baxış sayı: 92
Ac ermənilər
Ac ermənilər

Keçmiş nazir Paşinyana xəbərdarlıq etdi

"Ermənistanı fəlakət gözləyir". Bu həyəcan təbilini keçmiş baş nazir Qrand Baqratyan çalır. O, müsahibələrindən birində bildirib ki, ölkə qlobal maliyyə böhranının bir addımlığındadır. Bütün bu fəlakətin günahkarı isə Paşinyan hakimiyyətidir.

Keşmiş nazir xələfinin iqtisadi sityasətini kəskin tənqid edib. "Bu siyasət pulların ölkədən çıxarılmasını daha da sürətləndirib. Ölkədə kasıb və yoxsulların sayı günü-gündən artır. Bu rəqəm hakimiyyətin statistikasındakı kimi 1,5-2 faiz yox, ən azı 20-30 faizdir. 

Biz fəlakətin bir addımlığındayıq. Ayılın!".