30 saniyəyə bankdan 84 min manat oğurladılar

15 Yanvar, 2017 19:02 | İqtisadiyyat | Baxış sayı: 117
30 saniyəyə bankı qarət etdilər
30 saniyəyə bankı qarət etdilər

Argentinanın Buenos-Ayres şəhərindən 30 kilometr məsafədə yerləşən Tiqredə dörd silahlı şəxs yarım dəqiqə ərzində bank şöbəsini qarət edib. Məlumata əsasən, soyğunçular bankdan 750 min peso (84 min manat) apara biliblər.

İstiPress "Ru.24" saytına istinadla xəbər verir ki, soyğun ümumilikdə 24 saniyə vaxt aparıb. Daha 6 saniyə isə avtomobilin yaxınlığında yerə düşən əşyanı götürməyə sərf olunub. Qarətin gedişində canilər bircə güllə belə atmayıblar.

Hazırda polis hadisə ilə bağlı təhqiqata başlayıb. Cinayətkarların avtomobili bankdan bir neçə küçə o tərəfdə qoyaraq digər maşınla aradan çıxdığı bildirilir.