Neft qanımızı qaraltdı - martdan bu yana ilk dəfə...

14 Noyabr, 2018 10:43 | İqtisadiyyat | Baxış sayı: 85
Neft hasilatı
Neft hasilatı

"Qara qızıl" sürətlə ucuzlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Mart ayından bu yana ilk dəfə olaraq "qara qızıl"ın dəyəri 65 dollara kini enib. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 65 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,85 dollar azalaraq 55,48 dollar olub.

Azərbaycan neftinin qiymətində də azalama müşahidə olunur.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,95 dollar ucuzlaşaraq 68,20 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.