İrandan ermənilərə sərt sillə

14 Noyabr, 2018 09:48 | İqtisadiyyat | Baxış sayı: 150
Təbii qaz
Təbii qaz

İki ölkə qazla bağlı razılaşa bilmədi

Ermənistan İrandan qazla bağlı sərfəli təklif ala bilmədi. Bu barədə jurnalistlərə açıqlamasında ölkənin enerji və təbii sərvətlər naziri vəzifəsini icra edən Qaragen Baqramyan bildirib. O, bildirib ki, İranla aparılan uzunmüddətli danışıqlardan sonra sərfəli qiymətlə qaz alışı barədə razılşama əldə edilə bilinməyib. “İran qazı Rusiya qazından təqribən 10 dollar bahadır”, deyə nazir bildirib. 

Amma buna baxmayaraq Ermənistan İrana ikinci qaz təminatçısı kimi baxır.

Yerli ekspertlər isə qeyd edirlər ki, Ermənistanın yeni hakimiyyəti Rusiyanın qaz asıllığından azad olmaq istəyib. Amma onlarda heç nə alınmadı.

Xatrıladaq ki, Ermənistan və İran arasında 2007-ci ildə inşa edilən qaz boru kəməri ilə İrəvana kiçik həcmdə qaz nəql edilir. 

Deyəsən N.Paşinyan anlayıb ki, bütün səylərinə baxmayaraq Ermənistan gələcəkdə də Rusiya qazından asılı olmaqda davam edəcək.