ABŞ dünyanı qorxuya saldı - "Müharibə gözləyir"

14 Noyabr, 2018 10:44 | İqtisadiyyat | Baxış sayı: 221
Çin və ABŞ bayraqları
Çin və ABŞ bayraqları

Amerikalı vitse-prezident od püskürdü

"Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total soyuq müharibə gözləyir". İstiPress-in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

O, rəsmi Pekinə iqtisadi, hərbi və siyasi fəaliyyətində genişmiqyasl dəyişikliklər etməyi məsləhət görüb. Pens bunu Çinin əgər sonuncu olmasa, ən yaxşı şansı adlandırıb. 

"Düşünürəm ki, Argentinadakı görüşdən bu çox asılı olacaq". ABŞ rəsmisi prezidenti Donald Trampın Buenos-Ayresdə Çin sədri Si Szinpinlə planlaşdırılan görüşünü nəzərdə tutaraq bildirib.

Pekinin güzəştə ge tməyəcəyi təqdirdə nəyin baş verəcəyi barədə sualına isə o belə cavab verib: "Onda olsun.  O, qeyd edib ki, ABŞ Çinə siyasi, iqtisadi, diplomataik təzyiqi gücləndirməyə hazırdır. 

Vitse prezident hesab edir ki, Çindən fərqli olaraq ABŞ iqtisadiyyatı buna tab gətirmək üçün çox güclüdür. "İstənilən halda bizim mövqeyimiz daha güclüdür". Vaşinqton veergiləri iki dəfə artıra bilər. 

Xatırladaq ki, iki ölkə arasında ticarət savaşının başlanğıcı Trampın mart ayında idxal edilən dəmir və alminiuma 10-25 faiz gömrük vergisi tədbiq etməsi qərarından sonra qızışıb. Çin bunun əvəzində Amerika mənşəli 128 məhsulun gömrük rüsumunu 15-25 faiz artırıb. 

Nəticədə hər iki ölkə bir-birinə qarşı bənzər addımlar atmağa davam edir.