Rekorda doğru - bu günə kimi 174 min ton pambıq yığılıb

14 Noyabr, 2017 15:46 | İqtisadiyyat | Baxış sayı: 73
Azərbaycanda pambıq sahəsi
Azərbaycanda pambıq sahəsi

Noyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 173 min 846,71 ton məhsul təhvil verilib.

İstiPress-Ə Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən iki gündə 1275,26 ton pambıq tədarük olunub.

Qeyd edək ki, cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib.

Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.