"Nobel" də 10 il sonra ilk

14 Oktyabr, 2019 14:38 | İqtisadiyyat | Baxış sayı: 48
"Nobel" mükafatçıları
"Nobel" mükafatçıları

Onlar yoxsulluqla mübarizə aparırlar

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Bu il nüfuzlu mükafata iqtisadçılar Abidcit Banerci, Ester Dyuflo və Maykl Kremer layiq görülüblər. Nobel Komitəsinin məlumatına görə, onlar qlobal yoxsulluq ilə apardıqları mübarizəyə görə təltif ediliblər. 

Massaçuset Texnoloji universitetindən olan fransalı Dyuflo mükafata sahib olan ikinci qadın olub. İlk qadın 2009-cu ildə amerikalı Elioner Ostrom idi. O, iqtisadi analizlərinə görə təltif edilmişdi. 

Xatırladaq ki, ənənəvi Nobel laureatlarının adları 7-14 oktyabr arasında açıqlanır. Artıq tibb, fizika, kimya, ədəbiyyat, o cümlədən Nobel sülh mükafatlarının sahibkləri bəllidir.