Azərbaycan 4 günlük işə keçə bilər? RƏSMİ

14 Oktyabr, 2019 12:00 | İqtisadiyyat | Baxış sayı: 746
Təqvim
Təqvim

Nazir Sahil Babayev iş gününün azaldılması ehtimalından danışdı

"Hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O, dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, qısaldılmış iş günləri kompleks məsələdir. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür.

"Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər. Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".