Erməniləri aclıqdan xilas edən yol

14 Oktyabr, 2017 12:55 | İqtisadiyyat | Baxış sayı: 126
Rubl və avro
Rubl və avro

Ölkə ancaq xaricdən gələn pulların hesabına yaşayır

Ermənistan başqa ölkələrdən gələn pulların hesabına yaşayır. Bu barədə məlumatlar yerli mətbuatın dərc etdiyi hesabatlarda əksini tapır. 

Bu ilin yanvar-avqust aylarında fiziki şəxslər tərəfindən Ermənistana pul köçürməlri 1,1 milyard dollar olub. Artım 17,5 faiz olub. 

Ancaq Şimal qonşusu olan Rusiyadan ölkəyə 642 milyon dollar gəlib ki, bu da ötən illə müqayisədə 16,6 faiz artıqdır.

Ümumiyyətlə Rusiyadan ən çox köçürülmə 2013-cü ildə olub. Ondan sonrakı illərdə müntəzəm olaraq azalma gedib. Ümumi azalma 1,6 dəfə olub. İllər ərində başqa ölkələrdən köçürülən pulların miqdarı isə 1,1 dəfə artıb.