Azərbaycan nefti bahalaşır, "Brent" isə...

14 Sentyabr, 2019 12:36 | İqtisadiyyat | Baxış sayı: 72
Neft
Neft

"Qara qızıl"ın şəhbə gününə olan qiyməti

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 60,22 dollara təklif edilir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar geriləyərək 54,85 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə bahalaşır.“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar artaraq 63,74 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.