BP-dən 40 milyard dollarlıq söz

14 Sentyabr, 2017 11:31 | İqtisadiyyat | Baxış sayı: 162
Robert Dadli
Robert Dadli

Robert Dadli Azəri-Çıraq-Günəşli yataqlarına qoyacaqları sərmayəni açıqlayıb

"Biz saziş çərçivəsində 40 milyard dollardan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik". Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə BP prezidenti Robert Dadli bildirib.

O, qeyd edib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir və yeni həyat məhz o dövrdən başlayıb. 

"Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək". /APA/