Üç ölkənin enerji şəbəkəsi birləşir

14 Avqust, 2019 15:02 | İqtisadiyyat | Baxış sayı: 73
Elektrik
Elektrik

Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur

Azərbaycan, İran və Rusiya arasında enerji şəbəkələrinin birləşdirilməsi layihəsinin əsaslandırma sənədləri hazırlanacaq. Bu barədə Rusiyanın Vahid Enerji Sistemi operatorunun məlumatında bildirilir.

“Azərenerji” ASC, İranın “Tavanir” şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən “Tavanir” şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərti ilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.

Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji naziri müavinləri səviyyəsində keçirilən görüş zamanı sözügedən şərtlər razılaşdırılmış, enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı. /report/