Neft Azərbaycanı sevindirdi, dünyanı isə...

14 Avqust, 2019 12:58 | İqtisadiyyat | Baxış sayı: 106
Neft
Neft

"Qara qızıl"ın qiymətində təzadlı dəyişiklik olub

Dünya birjalarında neftin qiymətində yenidən ucuzlaşma qeydə alınıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar ucuzlaşaraq 60,84 dollara satılır.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,61 dollar azalaraq 56,49 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,78 dollar artaraq 64,09 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.