Bu ölkə 4 günlük iş rejiminə keçir

14 Avqust, 2019 14:20 | İqtisadiyyat | Baxış sayı: 361
Rusiyada işçi qüvvəsi
Rusiyada işçi qüvvəsi

Məqsəd ailə ilə keçirilən vaxtı artırmaqdır

Milyonlarla azərbaycanlının yaşadığı ölkə - Rusiya dördgünlük iş rejiminə keçməyə hazırlaşır. Məqsəd işsizliyin qarşısını almaq və həyat səviyyəsini yüksəltməkdir. Bu təklif hakim partiya tərəfindən də dəstəklənir. Layihədə 5 günlük iş həftəsinin qısaldılması nəzərdə tutulur. 

Deputat Andrey İsayevin sözlərinə görə, bu sayədə ruslar vaxt və pul itkisi yaşamadan ailələri ilə daha çox zaman keçirə, hobbilərinə vaxt ayıra bilərlər. 

Xatırladaq ki, ötən ay Rusiyada keçirilən sosial sorğu zamanı əhalinin 43 faizi bu təklifə razı olmadıqlaını demişdilər. Əsas səbəb kimi isə onlar maaşlarının azalacağını qeyd ediblər. Lakin deputat onların narahatlıqlarını aradan qaldıraraq söhbətin maaşı yox, ancaq iş saatını azaltmaqdan getdiyini vurğulayıb.

İsyevin sözlərinə görə, 4 günlük iş qrafikinə keçid mərhələli olmalıdır. Bu adaptasiyanın daha asan olmasına da imkan verəcək.