Azərbaycan sərhəddindən Türkiyəyə 4 saata çatmaq olacaq

14 Avqust, 2019 17:00 | İqtisadiyyat | Baxış sayı: 185
Yol
Yol

460 kilometrlik məsafə 30 kilometrə enəcək

Qırmızı Körpüdən Sarpiyə (Türkiyənin Acarıstanla sərhədi) gediş-gəliş vaxtı iki dəfə azalacaq. Bu, Gürcüstanda Şərq-Qərb magistral yolunun ( E-60 Avropa tranzit yolu) tikintisi başa çatdıqdan sonra mümkün olacaq.  

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin sədri İrakli Karseladze deyib.

Onun sözlərinə görə, E-60 Avropa tranzit yolu Brestdən (Fransa) başlayan və İrkeştamda (Qırğızıstan) bitən ikinci ən böyük Avropa tranzit dəhlizidir. Gürcüstanda E-60 yolu Azərbaycanla sərhəddən başlayır və Qara dəniz sahilində, Poti limanının yaxınlığında bitir. Gürcüstanda dəhlizin uzunluğu 392 kilometrdir.

Artıq yolun 200 kilometri inşa edilib. Hazırki 460 kilometr məsafə bu yol sayəsində 30 kilometrə enəcək. Bu gün Türkiyə sərhədinə getmək üçün 8 saat lazımdırsa, yeni yolun çəkilməsindən sonra ora tamamilə təhlükəsiz şəraitdə, 4-4,5 saat ərzində iki qat sürətlə getmək mümkün olacaq.