Paşinyanın qərarı öz başında çatladı

14 İyun, 2018 10:40 | İqtisadiyyat | Baxış sayı: 271
Yoxsulluq
Yoxsulluq

Eskpertlər xəbərdarlıq etdi - iqtisadiyyat çökəcək

“Böyük” iqtisadçı Nikol Paşinyan Ermənistanı daha dərin böhrana aparır. Kəskin tənqidlərin müəllifi keçmiş baş nazir Qrand Baqratyan olub. Onun sözlərinə görə, nazirlər kabinetinin rəhbərinin xüsusi ilə pensiya yığımı islahatı yanlışdır.  Keçmiş nazir xəbərdarlıq edib ki, bu populist fəaliyyət iqtisadiyyatın çöküşünə səbəb olacaq.

“Ermənistanın bu qədər pulu yoxdur”, deyə ekspert qeyd edib. Onun sözlərinə görə, keçmiş hakimiyyət ilə əlaqələri o qədər yaxşı olmasa da, çoxbilmiş Paşainyandan fərqli olaraq iqtisadiyyatla bağlı hər zaman məsləhət alıblar.

Qeyd edək ki, iyulun 1-dən pensiya təyinatında icbari yığım sistemi tam qüvvəyə minir. Yığım əmək haqqının 5 yox, 2,5 faizi həcmində olacaq. Kəsr isə dövlət tərəfindən ödəniləcək.

“Daşnakstyün” partiyası isə bəyanat yayaraq bildirib ki, Nikol Paşinyan təkbaşına ölkənin bütün problemini həll edə bilməz. Partiya yeni baş naziri diktator stilində işdən imtina etməyə çağırıb və ölkədə Stalinizmin başladığını xatırladıb.

Bununla yanaşı Paşinyan hakimiyyətində də iş üsuluna görə itkilər də çoxalır. Politoloq Yervand Bazaryan belə düşünür. "Əmək naziri Mana Tandikyan könüllü istefa verdi. Bu hələ siqnaldır. Populist metodlardan istifadə etmək olmaz. İqtisadiyyat mitinq və ya maydan deyil”. 

Bir çox ekspertlər ölkədə vəziyyətin daha da pisləşəcəyini deyirlər. Həm də ancaq iqtisadi cəhətdən deyil. Keçmiş hakimiyyət bütün çatışmazlığına baxmayaraq bu günki kimi söz azadlığını boğmayıb. Jurnalistlər bu gün öz əsas məqsədlərini Paşinyanı tərifləməkdə görürlər. Televizorda çıxış edən baş naziri öpən bir balaca qız həftənin hiti olub. Bunun doğru və ya qurama olduğunu, piara hesablandığını bilən yoxdur. Amma Ermənistanda Stalinizm epoxasının başlamasını deyən  daşnaqlar haqlıdırlar.