Manat üçün yeni təhlükə - devalvasiya ola bilər?

14 İyun, 2018 12:25 | İqtisadiyyat | Baxış sayı: 541
Azərbaycan manatı
Azərbaycan manatı

Azərbaycanın baş bankirindən açıqlama

"Azərbaycanda devalvasiyanın baş verməsi üçün heç bir fundamental səbəb yoxdur". Mərkəzi Bankın sədri Elman Rüstəmov belə düşünür.

Onun sözlərinə görə, bu il neftin orta qiyməti 70 dollardır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları - Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb olub. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artıb.

"Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi valyutaya olan tələbdən yüksəkdir”.

Saat 11:05

"ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək". İstiPress-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O, bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirilib. 

Xatırladaq ki, qurumun İdarə Heyəti fevralda uçot dərəcəsinin 15%-dən 13%-ə, endirilməsi barədə qərar qəbul etmişdi. Faizlərə növbəti dəfə bu ilin avqust ayında baxılacaq.

Baş bankir infilyasiyadan da danışıb. O, 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırıldığını qeyd edib. “Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub".