Moskvada möhtəşəm türk festivalı başlayır

14 İyun, 2017 11:54 | İqtisadiyyat | Baxış sayı: 61
Moskvada türk malları
Moskvada türk malları

Nazirlər Rusiyaya yola düşəcək

İyunun 16-18-i tarixlərində Rusiyanın paytaxtı Moskvada Türkiyə festivalı keçiriləcək. Festivalda Türkiyənin xarici işlər, mədəniyyət və turizm nazirləri, incəsənət ustaları iştirak edəcək. Geniş mədəni və əyləncəli proqramlardan ibarət olan festivala giriş sərbəstdir.

Festivalın keçiriləcəyi parkda Türkiyənin tarixi yerlərinin maketləri qoyulacaq. Festival çərçivəsində keçiriləcək müsabiqənin qalibi Türkiyənin müxtəlif şəhərlərinə səyahət imkanı qazanacaq.