Azərbaycan nefti bahalaşmaqda davam edir

14 May, 2020 10:57 | İqtisadiyyat | Baxış sayı: 185
Bakıda neft buruğu
Bakıda neft buruğu

Ən aşağı qiymət 2020-ci ilin aprelin 21-də qeydə alınmışdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,42 ABŞ dolları, yaxud 1,37% artıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 31,20 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.