Neft yenə bahalaşmağa başladı

14 May, 2019 10:57 | İqtisadiyyat | Baxış sayı: 34
Neft
Neft

"Qara qızıl"ın qiyməti 75 dollara doğru

Bir neçə gün davam edən ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 70,41 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar bahalaşaraq 61,13 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,07 ABŞ dolları və yaxud 0,09% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,24 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.