Azərbaycanda ilk yaşandı FOTO

14 May, 2019 18:01 | İqtisadiyyat | Baxış sayı: 376
Elektrobus
Elektrobus

Gəncədə 6 dəqiqədə enerji yığan elektrobus hazırlandı

"Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodunda “E - 321” markalı elektrobus və “PALESSE KZS - 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

“PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa, “Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

Bu günədək müəssisədə, ümumilikdə, 11 modeldə 10549 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, 724-ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub. Bunlardan 469-sı müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i “KAMAZ” markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur. 2019-cu ilin aprel ayının sonuna qədər “Gəncə Avtomobil Zavodu” İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub. Bu müddətədək “Gəncə Avtomobil Zavodu” İB-də, ümumilikdə, 208 ədəd “KAMAZ” markalı yük avtomobili və 411 ədəd “URAL” avtomobili istehsal edilib.